1. Kimlər qan verə bilməz?

Hepatit B – heç bir zaman qan verə bilməzlər. Hepatit C – heç bir zaman qan verə bilməzlər.
AIDS – heç bir zaman qan verə bilməzlər.
Hamilələr – qan verə bilməzlər.
Anemiyası, qan azlığı olanlar – qan verə bilməzlər.

2. Kimlər qan verə bilər?

18 – 65 yaşları arasında olan hər kəs qan verə bilər.
Çəkisi 50 kq-dan çox olan hər kəs qan verə bilər.
Hamilələr doğum və ya hamiləliyin sona çatdırılmasından 6 həftə sonra qan verə bilərlər.

3. Qan vermək üçün hara gedə bilərəm?

Milli Hematologiya ve Transfuziologiya – Mərkəzi Qan bankına.

4. Qan vermə müddəti nə qədərdir?

Qan vermə müddəti 15-20 dəqiqə çəkir.

5. Kimliyimi bildirmək məcburidir mi?

Bəli. Milli Hematologiya və Transfuziologiya – Mərkəzi Qan bankının qaydalarına əsasən mütləqdir.

6. Qan vermənin sağlamlığa faydası var mı?

Məlumdur ki, qan vermək insanda qan hüceyrələrinin təzələnməsinə, qandakı yağın miqdarının azalmasına, baş ağrıları, stress, yüksək qan-damar təzyiqi, yorğunluq kimi narahatlıqların azalmasına yaxşı təsir edir. Verilən qan standart olaraq 450 ml-dir. Hətta, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə daim qan verən donorlar adi insanlar ilə – yəni qan verməyənlərlə müqayisədə 5 il daha çox yaşayırlar. Bunun səbəbi isə, immunitetin müntəzəm stimullaşdırılması ilə bağlıdır. Çünki, qan verən insanda yeni qanın yaradılması prosesində praktiki olaraq orqanizmin bütün hüceyrələri yenilənir. Odur ki, biz qan verməklə, sadəcə xeyirxahlıq etməklə yalnız qan köçürülməsinə, həyati ehtiyacı olan kimisə ölümün pəncəsindən xilas etməklə qalmırıq, həm də özümüzü yeniləyirik daha sağlam və yaxşı görünüş sahibi oluruq. Ən əsas faydası isə qan verərək heç tanımadığın bir insana həyat bəxş edə bilərsən.

7. Hansı fasilələrlə qan verə bilərəm?

Qan vermə müddəti, kişilərdə ən tez 2 ayda bir, qadınlarda isə ən tez 3 ayda bir olmaqla ildə 4 dəfədən çox olmamaq şərtilə qan verə bilərlər.

8. Qan verdikdən sonra test nəticələri barədə məlumat bildirilir mi?

Test nəticələriniz ilə bağlı mənfi bir vəziyyət yarandığı təqdirdə şəxsi məlumat verilir, əks halda isə məlumat verilmir.

9. COVİD-19 səbəb olan virus SARS-CoV-2 qan köçürülməsi yolu ilə ötürülə bilər mi?

ABŞ-ın Səhiyyə Departamentinin tərkibində fəaliyyət göstərən “Food and Drug Administration”-un yaydığı məlumata əsasən, ümumiyyətlə tənəffüs viruslarının qan transfüzyonu köçürülməsi ilə ötürüldüyü bilinmir və transfuziya ilə ötürülən koronavirus halları bu günədək aşkar olunmamışdır.

10. Qan vermə zamanı hər hansısa xəstəliyə yoluxma riski var mı?

Qan vermə zamanı istifadə olunan bütün tibbi məhsullar tək istifadəlikdir və sterildir. Proses zamanı heç bir xəstəliyə yoluxma riski mümkün deyildir.