1. www.donorol.az – da qeydiyyatdan keçərək, məlumatlarınızı və əlaqə nömrənizi qeyd edirsiniz.

  2. Qana ehtiyacı olan xəstə, donorlar siyahısına daxil olaraq ehtiyacı olan qan qrupuna uyğun donor tapır və birbaşa onunla əlaqə saxlayır.Bunun üçün isə əlaqə nömrələrini qeyd etmək şərtdir.

  3. Nəzərinizə çatdırırıq ki, xəstə-donor arasında yaranacaq hər hansı anlaşılmazlıqlara görə məsuliyyət daşımırıq! Biz sadəcə vasitəçi rol oynayırıq xəstə-donorların bir-birini asanlıqla tapmasında!

  4. “Donorol.Az” layihəsi qeyri-kommersiya fəaliyyətidir. Xeyriyyə məqsədlidir.