Biz dövri və təcili qana ehtiyacı olan xəstələrin onlara uyğun könüllü qan donorları ilə əlaqələndirilməsini hədəfləyirik.

“DONOR OL” layihəsi – bu prosesdə sizin vasitəçiniz olacaq. Səmərəli mənbələrdən istifadə edərək və effektiv prosedurları inkişaf etdirərək ölkəmizin “Təhlükəsiz Qan”-a ehtiyacını qarşılayan, “Donor ol həyat bəxş et” prinsipinə əsaslanan “DONOR OL” layihəsi könüllü, qarşılıqsız, heç bir maddi qazanc güdmədən və müntəzəm olaraq qan vermə anlayışını cəmiyyətin bütün təbəqələrinə yayır.

Ölkəmizdə donor (qan verən), elecə də dövri və təcili qana ehtiyacı olan xəstələri, talassemiya xəstələri əsasən də uşaqlara yardımçı olmaq məqsədli online platformadır. Belə ki, bu platforma vasitəsilə, həm donorlar (qan verən), həm də qana ehtiyacı olan xəstələr yararlanacaqlar. Yəni, donorlar və qana ehtiyacı olanlar bir-birlərilə birbaşa əlaqəyə keçəcəklər. Bu halda, siz sadəcə qeydiyyatdan keçib məlumatlarınızı yerləşdirərək, anında könüllü donor ola və eyni zamanda təcili qan çatışmazlığı ilə əlaqədar elanlarınızı da yerləşdirə bilərsiniz.

Missiyamız – Davamlı etibarlı qan tədarükünün təmin edilməsi.

Məqsədimiz  – Təcrübəsini innovativ texnologiyalar və yanaşmalarla birləşdirərək, cəmiyyətin həssaslığını artırmaq və təhlükəsiz qana ehtiyacı təmin etmək üçün davamlı bir model olmaq.